Azərbaycanlı hacıları gətirən ilk avtobus karvanı gecə saatlarında Bakıya çatıb. APA-nın məlumatına görə, ikinci avtobus karvanı hazırda yoldadır.
Bundan başqa, Həccə təyyarə ilə gedən zəvvarların bir qismi də artıq qayıdıb. 5 təyyarədən 2-si artıq hacıları Bakıya gətirib.
Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb