İran və İraq silahlı qüvvələrinin yüksək rütbəli hərbçiləri arasında görüş keçirilib.(dunyabulteni)
ərəflər görüşdə iki ölkənin hərbi əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. İranın İnqilab Keşikçiləri Kospusunun generalı Məhəmməd Əli Cəfəri görüş barədə bunları deyib: "Bizim İraqla uzun quru sərhəddimiz var. Məhz bu səbəbdən bu ölkə ilə yaxşı hərbi əlaqələr qurula bilər. Bölgədə və bölgə xaricində İran və İraqın ortaq düşmənlərinə qarşı əməkdaşlıq edə bilərik. Birgə hərbi təlimlər və kimi əməkdaşlıqlar yarada bilərik".
İraq Baş qərargah rəisi Babəkir Zebari də görüşün müsbət keçdiyini və tərəflər arasında niyyət protokolunun imzalandığını söyləyib.
Qeyd edək ki, İranda İslam İnqilabı baş verdikdən sonra iki ölkə arasında hərbi əməkdaşlıq ləğv edilmişdi.