Noyabrın 16-dan 18-dək İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılğı ilə “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək. Tədbirdə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Reşad Kərimov sanksiyaların icrasında ölkəmizin yürütdüyü siyasət mövzusunda məruzə edəcək.
SAM-dan SalamNews-a verilən məlumata görə, BMT-nin İrana qarşı sanksiyasının icra mexanizmləri və bunun regional hökümət və azad biznes qurumlarının fəaliyyətinə təsirləri tədbirin əsas müzakirə mövzusu olacaq. Həmçinin seminar əlaqədar təşkilatların bu sahədəki təcrübələrini bölüşməsinə, məlumat mübadiləsinə və eləcə də sanksiyaların qoyduğu şərtlərə doğru əməl olunması və qaydalar pozulduğu halda yaranan risklərin öyrənilməsinə imkan yaradacaq.
Region ölkələrinin digər məruzəçiləri də İran ilə qurulan iqtisadi əlaqələrdə onların üzərinə düşən öhdəliklərdən bəhs edəcək və sanksiya ilə bağlı real təkliflərini irəli sürəcəklər.