İrana qarşı hərbi əməliyyatların fəsadları düşündüyümüzdən də dəhşətli olacaq. Bu barədə Fransa xairici işlər naziri Alen Jüppe Avropa İttifaqına üzv dövlətlərin XİN rəhbərlərinin Brüssseldə keçirilən sammitinin sonunda həmkarları ilə görüşü zamanı bildirib.
SalamNews "IribNews"a istinadən verdiyi xəbərə görə, o deyib: "Nüvə proqramı bəhanəsi ilə İrana hücum çox pis nəticələrə səbəb olacaq və bizi çıxılmaz burulğana salacaq".
Alen Jüppe ölkəsinin İrana qarşı hərbi əməliyyatların əleyhinə çıxacağını bildirib. Onun fikrincə, "bu dərman xəstəliyin özündən daha təhlükəlidir və nəzarət olunması mümkün deyil".
Sammitdə rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi qərarı, həmçinin, İslam Respublikasına ayrılmış kreditlərin dondurulması ilə bağlı Avropa İnvestisiya Bankına müraciət qəbul olunub. Lakin bu qərarın yekun olaraq qəbulu dekabrın 1-dək təxirə salınıb.