Suriya müxalifəti ölkədəki münaqişələrin xarici hərbi müdaxilə olmadan həll edilməsinə tərəfdardır.
SalamNews İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşdən əvvəl bu gün Suriya Milli Şurasının rəhbəri Burhan Qalyun bildirib.
O deyib: "Biz böhranın aradan qaldırılmasının tərəfdarıyıq. İstəyirik ki, bu xarici hərbi müdaxilə olmadan baş versin. Biz dialoqdan imtina etmirik. Biz suriyalıları öldürənlərlə dialoq aparmaqdan imtina edirik. Əlləri qana bulaşmamış şəxslərlə əməkdaşlıq etmək istəyirik. Məqsədimiz Suriyanı böhrandan və hərbi müdaxilədən xilas etməkdir".