Həcc ziyarətini tamamlamış azərbaycanlı hacıların ilk qrupunu gətirən təyyarə gecə Heydər Əliyev Hava Limanına enib.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. O bildirib ki, növbəti təyyarə Bakıya bu gün enəcək. Sonuncu təyyarə isə Bakıya noyabrın 19-da gələcək.
Avtobusla gələn zəvvarlar hazırda yoldadır.
Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.