POPULYARXƏBƏRLƏR

İrandakı azərbaycanlılar Azərbaycan prezidentinə müraciət ediblər

İranda yaşayan bir qrup Azərbaycan türkü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib.



APA-nın məlumatına görə, müraciətdə İranda yaşayan Azərbaycan türklərinin siyasi, iqtisadi və sosial vəziyyəti ilə bağlı mövcud durum, milli ayrı-seçkiliklə qarşılaşmaları, o cümlədən Güney Azərbaycan ərazisində yerləşən Urmiya gölünün quruması diqqətə çatdırılıb: “Bildiyiniz kimi, İranda yaşayan on milyonlarla Güney Azərbaycan türkü çoxlu sayda mədəni və iqtisadi problemlər yaşamaqda və ayrı-seçkiliyə məruz qalmaqdadır. Son illər içərisində isə Güney Azərbaycan elə bir ciddi problemlə qarşı-qarşıya buraxılıb ki, bu vəziyyət xalqımız üçün ölüm-qalım mücadiləsi halına gəlib. Bu problem Urmiya gölü məsələsidir. Təbii gözəllikləri ilə “Azərbaycan gəlini” adlandırılan Urmiya gölü bir neçə ildir quruma təhlükəsi ilə üz-üzə qalıb. Bir zamanlar dünyanın ikinci ən böyük duz gölü olan Urmiya gölünün artıq 60 faizi quruyub və sürətlə də qurumağa davam edir. Bununla da Güney Azərbaycanın tam ortasında böyük bir duz çölü yaranmaqdadır”.

Müraciətdə qeyd olunub ki, milyardlarla ton duzu olan bir çölün yaranması Güney Azərbaycanın böyük bir qismini yaşanmaz hala gətirəcək və ekoloji problem yaradacaq: “Nəticədə xalqımızın böyük bir bölümü İranın orta və güney bölgələrinə köçməyə məcbur qalacaq. Bu isə vətənimizin xaraba qalması və xalqımızın yad ellərdə didərgin düşməsi deməkdir. Nə qədər İran dövləti bu problemin quraqlıq kimi təbii səbəblərdən ortaya çıxdığını iddia etsə də, mütəxəssislər bu məsələnin təbii yox, bəlkə daha çox süni səbəblərdən qaynaqlandığını irəli sürməkdədir. Bu günə qədər problemin həlli üçün hakimiyyət tərəfindən hər hansı addım atılmaması bu qənaəti daha da gücləndirir”.

Müraciətdə Azərbaycan rəhbərlərindən problemin həllində yardımçı olması istənilib: “Biz bir qrup Güney Azərbaycan türkü Sizə müraciət edərək xahiş edirik ki, Azərbaycan millətinin dünyadakı təmsilçisi kimi öz soydaşlarınızın müqəddəratına etinasız qalmayasınız və Urmiya gölü məsələsində insansevər və mədəni dəstəklərinizi bizdən əsirgəməyəsiniz. Xüsusilə Urmiya gölü məsələsinin dünya ictimaiyyətinə çıxarılmasında sizin rolunuz və dəstəyiniz son dərəcə önəmli və həyati olmaqla bərabər güneydəki bacı və qardaşlarınıza da böyük dayaq olacaq”.



Yerləşdirilib:15 Noyabr, 2011  15:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com