Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlardan biri Vətənə dönərkən dünyasını dəyişib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.
Onun bildirdiyinə görə, bu, Zaqatala rayon sakini, 1935-ci il təvəllüdlü Nurayev Yusif Ramazan oğludur. O, Mədinə şəhəri yaxınlığında torpağa tapşırılıb.
Şöbə müdiri deyib ki, Vətənə qayıdan zəvvarların birinci qrupu bu gün Suriyaya çatacaq. Zəvvarlar orada bir gün qaldıqdan sonra İordaniya, Türkiyə və İrandan keçməklə Azərbaycan ərazisinə daxil olacaqlar.