BMT-də "İşğal altındakı Qolan torpaqlarının Suriyaya qaytarılması" üçün hazırlanan qərar layihəsi qəbul edilib.(AA)
Səsvermə zamanı 159 lehinə, 1 əleyhinə olmaqla qanun qəbul edilib. ABŞ, Kanada və bəzi ada ölkələrinin də aralarında olduğu 9 üzv ölkə bitərəf qalıb.
BMT-nin qəbul etdiyi qərar layihəsində göstərilir ki, İsrail rejimi dərhal işğal altında saxladığı Suriyanın Qolan torpaqlarını tərk etməlidir.