Misir siyasətçiləri hərbi generallara ordunun ölkə siyasətinə təsirini gücləndirən Konstitusiya təklifini ləğv etmək üçün 3 gün vaxt veriblər. Əks təqdirdə Cümə günüdən başlayaraq, etiraz aksiyaları başladacaqlarını bildiriblər.MIGnews
Siyasilər bəyan ediblər ki, ordu əvvəlki kimi milli təhlükəsizliyin zəmanəti olmalıdır. Bir müddət əvvəl Misirin nazirlər kabineti ordunun ölkə daxili siyasətə müstəsna təsirinə imkan yaradan sənəd təqdim edib. Bu isə ölkədə yeni seçilmiş hökumətlə hərbçilər arasında qarşıdurmaya səbəb ola bilər.