FƏTH lideri Mahmud Abbas ABŞ hökumət nümayəndəsi Devid Xeyllə görüşündə bildirib ki, sionistlər fələstin torpaqlarında, həmçinin şərqi Qüdsdə tikintiləri dayandırmadıqca və 1967-ci il sərhədlərini danışıqlar üçün əsas qəbul etməyincə fələstinlilər İsrail rejimi ilə danışıqlar masasına qayıtmayacaq.MIGnews
FƏTH lideri fələstinlilərin “Kvartet” üzvləri ABŞ, Aİ, BMT və Rusiya ilə əməkdaşlıq etməyə hazır olduqlarını dilə gətirib. Bu haqda məlumatı Fələstin Azadlığ Təşkilatının baş vasitəçisi Saib Arikat verib. Arikat, həmçinin Abbasın ABŞ-ı Fələstinin BMT-yə tam hüquqlu üzv olması üçün müraciətinə narazı olmasını yenidən nəzərdən keçirməyə çağırıb