Rəsmi Ankara dünən gecə Suriyada rejim tərəfdarı olan nümayişçilər tərəfindən Dəməşqdəki səfirliyinə, Hələbdəki Baş konsulluğuna və Lazkiyə Fəxri konsulluğuna qarşı hücumları kəskin pisləyib.
SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, hadisələrlə əlaqədar Suriyanın Ankaradakı səfiri nazirliyə dəvət edilərək ona nota verilib. Bu hücumlardan sonra Suriyadakı diplomatik nümayəndəliklərdə işləyənlərin ailələrinin Türkiyəyə evakuasiyasına başlanılıb.