Bağdadın şimal rayonunda baş verən partlayış nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 13-ü iranlı ziyartəçi olub.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, həmin gün Bağdaddan 25 km yaxınlığında yerləşən yaşayış məntəqəsi Tacidə iki oxşar partlayış qeydə alınıb. Nəticədə 5 dinc sakin yaralanıb.
Ümumiyyətlə, son zamanlar İraq üsyançıları tərəfindən ABŞ əsgərlərinə qarşı aparılan əməliyyatlar nəticəsində belə hadisələr artmağa başlayıb. Hazırda İraq ərazisində 10 amerika bazası və 27 min əsgər saxlanılır.
Bildirək ki, ölkədə ötən ayda 258 nəfər həlak olub.