Türkiyə höküməti təcili olaraq Dəməşqdəki diplomatlarının ailələrini evokuasiya edib.
SalamNews-un ''Vesti''yə istinadən verdiyi xəbərə görə, qərar nümayişçilərin Suriyadakı Türkiyə səfirliyini daş atəşinə tutmasından sonra qəbul olunub. Bundan başqa, nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyini talan edərək mühazifəçiləri döyüblər. İğtişaşlara Suriyanın qəbul olunmuş ''yol xəritəsi''nə riayət etməməsini əsas gətirən Ərəb Dövlətləri Liqasının bu ölkəni sıralarından müvəqqəti azad etməsi səbəb olub.
Bəşər Əsədə dəstək olaraq on minlərlə insan Dəməşq küçələrinə çıxıb. Suriya höküməti isə böhranın aradan qaldırılması üçün ƏDL-nin fövqəladə iclasının çağırılmasını tələb edib.
Xatırladaq ki, Suriyada bu ilin martından etibarən davam edən toqquşmalar 3500-dək insanın həyatına son qoyub.