ABŞ prezidenti Barak Obama Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatının Honolulu (Havay adaları) şəhərində keçirilən forumunda çıxışı zamanı gözlənilməz bəyanat verib. Onun sözlərinə görə, İran nüvə arsenalı yaratmaq niyyətində deyil.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, mətbuat konfransında çıxış edən Ağ ev rəhbəri bu qərara Rusiya və Çin ilə birlikdə gəldiklərini bildirib. Bununla belə, Barak Obama yaxın həftələr ərzində digər ölkə rəhbərləri ilə məsələni müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
ABŞ prezidenti problemin diplomatik yolla həll etməyə çalışdığını bildirsə də, "digər variantların da istisna edilmədiyini" söyləyib.
Barak Obama İrana qarşı tətbiq olunmuş sanksiyaların səmərəsinin müşahidə olunduğunu və bu barədə kəşfiyyat xarakterli məlumatlar aldığını söyləyib.