Türkiyədə son bir ildə 634 xarici vətəndaş İslam dinini qəbul edib.
SalamNews xəbər verir ki, ölkədə İslamı qəbul edənlərin dörddə üçü (467 nəfər) qadınlardır. Başqa dindən İslama keçənlərin təqribən dörddə birini almanlar təşkil edir. Daha sonra Rusiya, ABŞ, Fransa və İngiltərə vətəndaşları gəlir.
Türkiyənin Diyanət İşləri Başqanlığının verdiyi məlumata görə, İslamı qəbul edənlərin böyük əksəriyyəti 21-30 yaşlı gənclərdən (257 nəfər) ibarətdir.