O, Gürcüstan patriarxının fəaliyyətə başlamasının 30 illiyi ilə bağlı keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək
Dekabrın 25-də Gürcüstan patriarxı Katalikos İlya II-nin fəaliyyətə başlamasının 30 ili tamam olur. Bu hadisə ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Tiflisə gedəcək və bununla bağlı keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində dekabrın 26-da Allahşükür Paşazadənin Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ilə görüşəcəyi gözlənilir.