Hacı adını almış azərbaycanlı zəvvarların ilk qrupu artıq İraq ərazisini tərk edib, ikinci karvan isə hazırda İordaniya ərazisindədir. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi xəbərə görə, ikinci karvan sabah səhər saatlarında İraq ərazisinə daxil olacaq.
R. Dadaşova ilk təyyarənin bu axşam saatlarında Mədinə aeroportundan Bakıya istiqamət götürəcəyini deyib: “Təyyarə gecə saatlarında Bakıya enəcək”.
O, avtobusla gedən zəvvarların noyabrın 16-dək Azərbaycanda olacaqlarını, sonuncu təyyarənin isə noyabrın 19-da Bakıya enəcəyini bildirib.
Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.