İranın müdafiə naziri Əhməd Vahidi ölkəsinin yeni silahlarının təqdimat mərasimində jurnalistlərə açıqlama verib.
Son günlər İsrail rejiminin hücum hədələrini şərh edən nazir deyib ki, İsrail rejimi İrana hücum edəcək gücdə deyil və belə bir hücum olacağı halda sionist səlahiyyətlilərinin bunun nəticəsini yaxşı bildiyini qeyd edib: “İran kimi bir güclə qarşıdurmaya girmək sionist İsrail üçün intihar olar. İsrail rejiminin intihar etmək istəyəcəyi vaxt belə bir qərar alması lazımdır”.
Vahidi deyib ki, belə bir hücum olarsa, elə ilk əməliyyata veriləcək cavabdan sonra İsrail rejimi bu fikrindən daşınacaq və bu hücum İsrail rejiminin sonunun başlanğıcı olacaq. (qafqazinfo)