Azərbaycan indiyədək Qərb-İran məsələsində neytral mövqe tutub və bundan sonra da bu siyasəti davam etdirməlidir. Bunu SalamNews-a politoloq Qabil Hüseynli bildirib.
Onun fikrincə, İran tərəfi Azərbaycanı nə qədər tənqid etsə də, rəsmi Bakı İran ilə münasibətlərdə neytrallığı qoruyub saxlamalıdır. Azərbaycan heç zaman öz ərazisindən İrana qarşı təxribat və ya bu kimi hərbi əməliyyatlar aparılmasına icazə verməməlidir.
Politoloq Qərbin hədəfində təkcə İranın nüvə proqramının deyil, həmçinin İranın indiki siyasi hakimiyyətini dəyişmək olduğunu vurğulayıb: “Qərb İranda hazırkı siyasi rejimi devirərək, yerində istəyinə uyğun rejim qurmaq istəyir. Amma hələ İran ilə münasibətlərdə hansı vəziyyəti seçməsini müəyyənləşdirməyib. Hələlik gündəmdə irimiqyaslı sanksiyalar olsa da, bu ölkəyə qarşı hərbi variantların gündəmə gətirilməsi məsələsi də realdır. Çünki İranda irimiqyaslı hərbi əməliyyatların aparılması məsələsi hələ heç bir dövlət tərəfindən təqdir edilmi