Bu gün İranın Elborz vilayətində yerləşən yaşayış məntəqəsindəki “Bidəqane” hərbi bazasında iki partlayış baş verib.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, partlışların səsi Tehranda və onun şəhərətrafı qəsəbəsi Kərəcdə eşidilib. İlkin məlumatlara görə, bazada hərbi sursatlar da partlayıb.
Qurbanlar və dağıntılar barədə məlumat verilməyib. Xilasedicilərin əməliyyatı üçün Böhran Komitəsi formalaşdırılıb.