Dağıstanın Xasavyurt rayonunun Masal-aul kəndində 1958-ci il təvəllüdlü imam köməkçisi Əhməd Asmanov öldürülüb. Bu barədə yerli polis bölməsindən məlumat veriblər.
SalamNews-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, naməlum şəxslər ruhanini evə qayıtdığı zaman güllələyiblər. Onunla birgə olan şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib.
Rayon ərazisində canilərin yaxalanması üçün xüsusi əməliyyat başlanılıb.