Dəməşqdə Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilatdakı üzvlüyünü dayandırması barədə qərarın əleyhinə kütləvi etiraz aksiyaları gecə saatlarında da davam edib. Aksiyalar artıq iğtişaş xarakteri alıb. Alınan məlumatlara görə, nümayişçilər Səudiyyə Ərəbistanının səfirliyinə soxularaq səfirlik binasını dağıdıblar.
Mitinqçilər həmçinin Qətər səfirliyini də mühasirəyə alıblar. Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilatdakı üzvlüyünü dayandırması barədə qərar verdiyi iclasına məhz Qətər sədrlik edib.