Rusiya və ABŞ İranın nüvə proqramına dair ümumi reaksiya hazırlamaq və İranın bütün beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün əllərindən gələni etmək fikrindədirlər. ABŞ prezidenti Barak Obama Honoluluda Rusiya prezidenti Dmitri Medvedevlə görüşdən sonra belə bəyanatla çıxış edib.
«Biz İran məsələsini müzakirə etdik. İranın mövqeyinə dair ümumi cavab hazırlamaq niyyətimizi təsdiq etdik. İranın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün əlimizdən gələni edəcəyik», deyə Obama bildirib.