Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib ki, zəvvarlar bir gecə Suriyada qalandan sonra yollarına davam edəcəklər. Həccə təyyarə ilə gedənlər isə gələn həftədən vətənə qayıtamağa başlayacaqlar.
Qeyd edək ki, bu il 6 minə yaxın azərbaycanlı daxil olmaqla, müqəddəs yerləri 3 milyondan artıq müsəlman ziyarət edib. Onlardan 350 nəfəri elə Məkkədəcə dünyasını dəyişib. Həcc ziyarətinin təşkilatçıları vəfat edənlərin əsasən ahıllar olduğunu bildirirlər.