Tripoli şəhərindən 30 km qərbdə bir vaxtlar Müəmmar Qəzzafi rejiminin devrilməsində iştirak etmiş Milli Keçid Şurasının qruplaşmaları arasında toqquşma baş verib.
Əz-Zəviyə şəhəri və Əl-Mayya regionunun ''inqilabçıları'' arasında meydana gəlmiş toqquşma dünən axşamdan indiyədək davam edir.
Şahidlərin sözlərinə görə, bir vaxtlar Qəddafinin oğlu Xamisin rəhbərlik etdiyi 32-ci xüsusi xidmət briqadasının təlim bazası uğunda gedən böyüşlərdə tərəflər ağır silahlardan və irikalibirli pulemyotlardan istifadə edirlər. Yerli sakinlər evlərini tərk etmək məcburiyytində qalıblar. Ölənlər barədə hələki məlumat verilmir./SalamNews/