Son zamanlar İsrail rejiminin İrana hücum etmək üçün hazırlıqlar gördüyü barədə məlumatlar yayılmaqdadır. Tərəflər bir-birilərinə ultimatumlar verir, bir-birini hədələyirlər. İranlı politoloq Zareyi məsələyə münasibət bildirərkən maraqlı nöqtələrə toxunub. O deyib ki, Livanın "Hizbullah" təşkilatı qarşısında ağır məğlubiyyətə düçar olmuş İsrail rejiminin İrana hücum edəcəyinə inanmır.
Hazırda bölgədə gedən proseslərin də buna imkan vermədiyini söyləyən politoloq qeyd edib ki, İsrail rejiminin İrana hücum etməsinin mümkün olmadığını deyib. "Livanın "Hizbullah" təşkilatı ilə 2006-cı ilin iyul ayında 33 gün ərzində aparılan müharibə zamanı İsrail rejimi ağır zərbə aldı. İndi bu İsrail İranı hücum ilə təhdid edə bilərmi?", - deyə Zareyi bildirib.
Politoloq İranın özünün istehsalı olan raketlərinin olduğunu xatırladaraq əlavə edib ki, əgər hər hansı hücum olarsa, bu raketlər İsrail rejiminə çox böyük sürprizlər edəcək. "Əgər İsrail əlində olan ballistik raketlərdən 100 ədədini İrana atmış olarsa, bu yalnız bir neçə iranlı ailənin həmin bölgəni tərk etməsinə səbəb olacaq. Amma İran İsrailə 4 ədəd raket atarsa, 1 milyon sionist evlərini tərk edib bölgədən qaçacaq", - deyə iranlı politoloq Zareyi qeyd edib.
/Deyerler.Org/