Misirin "Əl-Əzhər" Universitetinin Fitva Komitəsinin sədri Şeyx Əbdulhəmid əl-Ətraş İran İslam Respublikasına istiqamətli təzyiqlərin artdığını nəzərə alaraq fitva verib.(zeynebiye.com)
Yayımlanan fitvada deyilir: "İrana qarşı ABŞ ilə əməkdaşlıq edən Ərəb və digər müsəlman ölkələri düşmənə yardım edərək, İslama qarşı böyük bir günah işlətməkdədirlər. İslam dövlətini yıxmaq istəyən Amerika və ya İsrailə yardım etmək və yaxud da buna səssiz qalmaq zülüm və böyük günahdır"
Qurani-Kərimdə "Möminlər qardaşdırlar" ayəsini xatırladan Şeyx Əbdulhəmid bütün dünya müsəlmanlarını birləşərək, İrana dəstək olmağa çağırıb.