Azərbaycanda səfərdə olan Mərakeş Krallığının Mədəniyyət naziri Bensalem Himmişi Azərbaycanın işğal edilən ərazilərində ermənilər tərəfindən dağıdılan mədəni və tarixi abidələr məsələsinə münasibət bildirib.
SalamNews xəbər verir ki, nazir jurnalstlərə deyib ki, ölkəsinin bu məsələ ilə bağlı mövqeyi birmənalıdır: “Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı Mərakeş Krallığında bu münaqişəyə oxşar problem mövcuddur. Biz bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edirik və Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini istəyirik. İnşallah, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra dağıdılmış abidələrin yenidən bərpasına şərait yaranacaq. Azərbaycan tərəfi də çox yaxşı bilir ki, bu məsələ ilə bağlı Mərakeş höküməti rəsmi Bakının mövqeyini hər zaman dəstəkləyir.
Xatırladaq ki, Bakıda səfərdə olan Mərakeş Krallığının mədəniyyət nazirinin rəhbərlik etdyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.