Almazbek Atambayev Qırğızıstanın yeni prezidenti seçilib. Bunu şənbə günü ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tuyqunalı Abdraimov bildirib.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, o, seçkilərin rəsmi nəticələrini açıqlayaraq deyib: "Almazbek Atambayev oktybarın 30-da keçirilən prezident seçkilərdə 62,52 faiz səs topalayıb. Səsvermə yekunlaşdırıldıqdan sonra, Atambayevin səs faizi bir qədər aşağı düşüb. İlkin məlumatlara görə, o, 63 faizdən çox səs toplamışdı. 14,78 faiz toplayan Adaxan Madumarov ikinci, 14,32 faiz səs yığan Kamçibek Taşıyev isə üçüncü olub. Bu, nətəcələrə görə, Qırğızıstanın yeni Prezidenti Almazbek Atambayev seçilib"