Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə sayca üçüncü fövqəladə iclası keçiriləcək. ƏDL-yə üzv ölkələrin xarici işlər nazirləri bu ölkədəki vəziyyəti müzakirə edəcək və təşkilatın Suriyadakı daxili siyasi böhranın aradan qaldırılması üzrə təqdim etdiyi planın necə yerinə yetirildiyini müzakirə edəcəklər.
SalamNews-un "Vesti"yə istinadən verdiyi xəbərə görə, Suriya hökümətinin qeyd-şərtsiz qəbul etdiyi "yol xəritəsi" hərbi birləşmələrin şəhərlərdən çıxarılması, siyasi məhbusların azadlığa buraxılması, tərəflərin zorakılığa son qoyması və hökümətlə xalq arasında dialoqun başlanmasını nəzərdə tutur. Mühacirətdə olan müxalifət uğursuzluğa məhkum danışıqlara vaxt sərf etməyəcəklərini bildirərək, ölkə prezidenti Bəşər Əsədin hakimiyyəti dinc yolla təhvil verməsini tələb edirlər. Müxalifət isə ƏDL-nin vasitəçilik səylərinə şans verəcəklərini bildiriblər.