Gələn il Mərakeş Krallığının paytaxtı Rabatda və bir neçə şəhərində Azərbaycan mədəniyyət günləri təşkil olunacaq.
SalamNews-un məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Mərakeş Krallığının Mədəniyyət naziri Bensalem Himmişi bildirib.
Nazir deyib ki, açılış mərasimində Azərbaycanın və Mərakeşin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri, həmçinin mədəniyyət xadimlərinin iştirakı gözlənilir. Onun sözlərinə görə, mədəniyyət günlərinin keçirilməsi ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə kömək edir. İkitərəfli razılığa əsasən, mədəniyyət günləri bir il Azərbaycanda, bir il isə Mərakeş Krallığında təşkil olunur.