ABŞ-da siyasi fəallar qrupu və nümayiş iştirakçıları İrana qarşı təhdidlərə son qoymağı tələb edən müştərək ərizə imzalayıblar.
SalamNews-un "IribNews"a istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu ABŞ-lı analitik və "Müharibə fırıldaqdır" kitabının müəllifi Devid Suonson məlumat verib.
"Biz ABŞ və İsrailin İrana qarşı hücum hazırladıqları bir dövrdə yaşayırıq. ABŞ və İsrail hərbi komandanlığı və siyasətçiləri İrana raket-bomba zərbələri endirmək niyyətindədirlər. Bu isə yerli əhalinin qırılmasına səbəb olacaq. ABŞ və İsrailin İrana hücumu beynəlxalq qanunların pozulması deməkdir", - Devid Suonson bildirib.