Nigerin prezidenti Maxamadu İsuf cümə günü təsdiqləyib ki, Müəmmər Qəddafinin oğlu Səədə “humanitar əsaslarla” sığınacaq verib.
SalamNews lenta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə ikigünlük Cənubi Afrika Repsublikasına səfəri zamanı deyib.
İsufu bildirib ki, Qəddafinin ikinci oğlu Seyf əl-İslam Nigerdə deyil və onun harda olduğu barədə ölkə hakimiyyətində məlumat yoxdur. Əgər o, üzə çıxsa, mən necə edəcəyim barədə düşünəcəm. Biz hüquq, demokratiya və beynəlxalq müqavilələri nəzərə alaraq, məsələni həll edəcəyik.