Hündürlüyü 2 metr, çəkisi 500 kq olan Quran İtaliyanın "Deaprinting Officine Grafiche" şirkətinin ustaları tərəfindən hazırlanıb.
SalamNews-un ''IslamNews''a istinadən verdiyi xəbərə görə, Tatarıstan prezidentinə təqdim olunacaq nəhəng müqəddəs kitabın bütün səhifələri şotland kağızından hazırlanıb. 120 kq-lıq üzlük isə qiymətli daş-qaşla bəzədilib.
Quranın Kazanın Kül-Şərif məscidində saxlanılacağı bildirilir. Müqəddəs kitabı aparmaq üçün Tatarıstan prezidenti şəxsən özü gələcək.