Londondakı İslam Mərkəzində “Camaat əl-Mustafa” Universitetinin təşəbbüsü ilə noyabrın 19-da Avropanın və Amerikanın müsəlman din xadimlərin konfransı keçiriləcək.
SalamNews IribNews-a istinadən xəbər verir ki, konfransda müxtəlif ölkələrdən 500 din xadimi iştirak edəcək. Əsas məqsəd görülən işləri, koordinasiya və fəaliyyətin perspektivləri barədə müzakirə aparmaqdır.
Xəbər verilir ki, din xadimləri müsəlmanların bilik və din əqidəsini artırmaqda mühüm rol oynayırlar.