Zəvvarlar bu gün Kərbəlanı ziyarət edəcəklər
Hacı adını almış azərbaycanlı zəvvarların ilk qrupu İordaniyadan İraq ərazisinə keçib. APA-nın məlumatına görə, zəvvarları İraq ərazisində bu ölkənin təhlükəsizlik qüvvələri yüksək səviyyədə qoruyur. Zəvvarlar bu gün axşam saatlarında Kərbəla şəhərinə çatacaq və burada ziyarətə başlayacaqlar. Noyabrın 14-də isə ilk qrup Bakı istiqamətində yola düşəcək.
Zəvvarların ikinci qrupu da hazırda yola çıxıb.
Təyyarələr isə azərbaycanlı zəvvarları noyabrın 14-dən etibarən Səudiyyə Ərəbistanından Vətənə gətirməyə başlayacaq. Zəvvarları gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək.
Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.