Bu gün Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Yevqeniy Lukyanov və İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Rusiya və İran arasında strateji əməkdaşlıq haqqında saziş imzalayıblar.
IRNA xəbər verir ki, bu barədə Əli Baqeri bildirib. Onun sözlərinə görə, hər iki ölkə üçün mənalı sazişin imzalanmasına görə uzun müddət danışıqlar aparılıb. Sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat və informasiya sahələrində əməkdaşlıq nəzərdə tutulur. Bu sənəd iki ölkə arasında əməkdaşlığın çərçivəsini və formasını müəyyən edib. İran daimi Rusiya ilə əməkdaşlığı həyata keçirir və bu sənəd onların gələcək inkişaf və gücləndirilməsinə səbəb olacaq.
Bizim ölkələrin daimi nümayəndələrimiz qarşılıqlı səfərlər edirlər və səfərlər zamanı beynəlxalq və regional vəziyyətə dair məsləhətləşmələr və fikir mübadiləsi keçirirlər. İndiki səfər zamanı həmçinin, İranın nüvə proqrammı barədə MAQATE sədri Yukio Amanonun yeni hesabatından sonrakı vəziyyət barədə də müzakirələr aparılıb.
Xatırladaq ki, Əli Baqeri Rusiya Federasiyasının hökumətinin dəvəti ilə Rusiyaya çərşənbə axşamı gəlib. /SalamNews/