İsrail rejiminə və İordaniyaya qaz ixrac edən Misirin qaz kəmərinə hücum olub. (abna)
Adı gedən kəmərdə iki partlayış olub. Misir təhlükəsizlik qüvvələrinin verdiyi məlumata əsasən, birinci partlayış yerli vaxtla gecə saat 1:00-da Sinay yarımadasının əl-Əriş şəhərinin 40 km qərbində baş verib.
Şahidlərin verdiyi ifadələrə əsasən, onlar hadisə baş verən ərazidə partlayışdan qabaq silahlı şəxslər görüblər.
İkinci partlayış isə nasos stansiyasının yaxınlığında baş verib.
Qeyd edək ki, baş vermiş partlayışlar fevral ayından bu yana adı gedən kəmərdə yeddinci partlayışdır.