İsrail rejiminin Ali Məhkəməsi keçmiş prezident Moşe Katsavın təcavüzdə ittiham edilərək 7 il həbs cəzasına məhkum edilməsi qərarını qüvvədə saxlayıb.BBC
Bu tərzlə məhkəmə qərara qarşı edilən appelyasiya şikayətini rədd edib. 7 illik həbs cəzasını Katsav 7 dekabr 2011-ci ildən çəkməyə başlayacaq. Katsavın vəkilləri məhkəmə qərarına etirazlarını bildirsələr də, bu qərarın sonuncu olduğunu dilə gətiriblər və şikayət etmək mümkün olmadığını bildiriblər.
Qeyd edək ki, İsrail rejiminin keçmiş prezidenti Moşe Katsav təcavüz etməkdə günahkar bilinərək, keçən ilin dekabr ayında Təl-Əviv məhkəməsi tərəfindən 7 il həbs cəzasına məhkum edilib.
/Deyerler.Org/