Fələstin hakimiyyəti BMT-ə üzv olmaq fikrindən imtina edib.
SalamNews RBK-ə istinadən xəbər verir ki, adını açıqlamayan fələstinli məmur deyib: “Biz qərara gəldik ki, Fələstin BMT tam hüquqlu üzvü ola bilməz və ehtiyat varianta əl atmağa hazırıq”.
Hazırda Fələstin hakimiyyəti BMT-nin müşahidəçi statusu ilə təmin olunmaları üçün çalışacaq və əsas beynəlxalq təşkilatlara daxil olmağa üstünlük verəcək.