İsrail höküməti Milad ərəfəsində İrana zərbə endirmək niyyətindədir.
SalamNews-un ''Daily Mail''ə istinadən verdiyi xəbərə görə, İsrail İranın nüvə obyektlərinə zrəbələr endirməyi planlaşdırır. Əməliyyat zamanı daşınmaların həyata keçirilməsini ABŞ öz üzərinə götürüb.
Xatırladaq ki, İsrail prezidenti Şimon Peres İran probleminin danışıqlardan daha çox hərbi həll yoluna üstünlük verdiyini bəyan edib.