Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların birinci qrupu noyabrın 9-da Məkkədən Kərbəla ziyarətinə yola düşüb. APA-nın xəbərinə görə, 24 avtobusdan ibarət karvan İordaniyadan keçərək Kərbəlaya çatacaq.
Zəvvarlar İraqda iki gün qalacaqlar. Noyabrın 10-da ikinci avtobus karvanı yola düşəcək.
Noyabrın 14-dən isə Həccə təyyarə ilə getmiş azərbaycanlı zəvvarları geriyə qayıdacaqlar. Zəvvarlarımızı gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək.
Qeyd edək ki, avtobus və təyyarələrlə Həcc ziyarətinə 2500 azərbaycanlı zəvvar gedib.