Almaniya hökuməti sionist İsrail rejiminin başçılığı ilə İrana qarşı hər hansı başlayanaq müharibəyə qarşı olduğunu bildirib.
"FHA"nın verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İranın nüvə obyektlərinə qarşı hər cür hərbi əməliyyata qarşıdırlar. Ancaq sözçü qeyd edib ki, rəsmi Tehrana qarşı alternativ olaraq siyasi və diplomatik təzyiq vasitələrindən istifadənin tərəfdarıdırlar.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (UAEK) İranın nüvə proqramı ilə bağlı hesabatını açıqlayıb. “Reuters” agentliyinin məlumatına görə, hesabatda bildirilir ki, İran 2003-cü ilədək nüvə silahının yaradılması ilə məşğul olub və oxşar fəaliyyət bu gün də davam etdirilə bilər.
/Deyerler.Org/