İran prezidenti Mahmud Əhmədinejad minlərlə atom bombası olanlar tərəfindən atom bombası hazırlamaqda günahlandırıldıqlarını ifadə edərək, atom bombasına ehtiyac duymadıqlarını söyləyib.(zaman)
Dövlət televiziyası və rəsmi xəbər agentliklərinin bildirdiyinə görə, Əhmədinejad Tehrandakı bir simpoziumda etdiyi çıxışı zamanı ölkəsinin nüvə enerjisi fəaliyyətləriylə əlaqədar günahlandırılmasına toxunub. Əhmədinejad İran xalqının düşüncə, mədəniyyət və məntiqlə hədəflərinə çata biləcəyini ifadə edib. ABŞ-ın təhdidlərini aradan qaldırmaq üçün atom bombasına ehtiyac duymadıqlarını qeyd edən Əhmədinejad, ''ABŞ İran xalqı qarşı addımlar atsa, İran xalqının verəcəyi cavabdan peşman olacaq'' - deyib.
İrana istiqamətli günahlandırmaları heç bir şəkildə qəbul etmədiklərini ifadə edən Əhmədinejad bildirib ki, ABŞ, 5 min atom bombasına sahib olmasına baxmayaraq, böyük bir həyasızlıqla, İranı atom bombası hazırlamaqda günahlandırır. Amerikalıların ''baş və qəlb gözləri”nin həqiqətlərə qarşı bağladığını, xoşbəxtliklərini digərlərinin yox olmasında və kasıblığında gördüklərini söyləyən Əhmədinejad, “ABŞ və müttəfiqləri, inkişaf və zənginliklərini digər millətləri yağmalamaq və istismar etmək üzərinə proqramlaşdırırlar. Gerçəkdə onlar digərlərini yox edərək dolanışıqlarını təmin edir və digərlərini alçaltmaqdan zövq alırlar'', - deyə fikirlərini ifadə edib.
/Deyerler.Org/