Rusiya prezidenti Dmitri Medvedev İrana istiqamətli artan hücumların Yaxın Şərqdə təhlükəli vəziyyətə yol aça biləcəyi xəbərdarlığını edib.(ensonhaber)
"Şimal Axını"ndan ilk təbii qazın Avropa ölkələrinə çatması ilə əlaqədar mərasimdə iştirak etmək üçün Almaniyada olan Medvedev, qeyd edib ki, müharibə gəzintiyə getmək deyil, biz gəzintiyə getmək istəyərik. Biz müharibə istəmirik.
Alman həmkarı Kristian Vulfla təşkil etdiyi ortaq mətbuat konfransında danışan Medvedev bildirib ki, İsrail ya da başqa birilərinin İrana qarşı güc istifadə etməyə hazır olduqlarını söyləmələri olduqca təhlükəli bir ifadədir.
Orta Şərqdə hislərin olduqca yüksək olduğunu xatırladan Rusiya lideri, "Sülh dövrü sona çatmaq üzrədir, hər hansı bir inkişaf yoxdur. Müharibə ifadələri çox pis nəticələnə bilər..." sözlərini işlədib.