İrana son zamanlar hücum edəcəyi ilə bağlı təhdidlər yağdıran İsrail rejimi bəzi uzaq mənzilli raketlərinə nüvə başlığı taxıb. Türkiyənin "Haberturk" qəzetinin verdiyi xəbərə görə, sionist rejim İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün bəzi raketlərinə ABŞ istehsalı olan nüvə başlıqları taxıb. Qəzet xəbəri “British American Security Information Council”a istinadən yayıb.
Xəbərdə bildirilir ki, İsrail rejimində 130 kilometr uzaqlıqdakı hədəfi vurmaq gücünə malik 100-dən çox "Harpoon" tipli raket var. Həmçinin bildirilir ki, sionistlərdə "F-15E Strike Eagle" tipli nüvə silahları daşıya bilən hərbi təyyarələr də mövcuddur. Ümumilikdə isə işğalçı İsrail rejiminin əlində 400-ə yaxın nüvə başlıqlı raket var.
Qeyd edək ki, əksər beynəlxalq ekspertlər yayılan xəbəri İranda qorxu yaratmaq və təzyiq vasitəsi kimi qiymətləndirirlər.
/Deyerler.Org/