Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrdə Qurban bayramı münasibəti ilə tədbirlər keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bütün penitensiar müəssisələrdə qurbanlar kəsilib, bayram süfrələri təşkil olunub.
Cəzaçəkmə müəssisələrində, həmçinin, konsert proqramları təşkil edilib, teatr tamaşaları göstərilib. Bayram günləri məhkumlara müqəddəs günlə bağlı ölkə miqyasında keçirilən tədbirlər barədə məlumat almaq, kütləvi informasiya vasitələrini izləmək üçün geniş şərait yaradılıb. Mərasimlərdə Penitensiar Xidmətinin Mühafizə Alayında həqiqi hərbi quluq keçən əsgərlər də iştirak ediblər.