İranın "Nabukko" layihəsində iştirakı istisna olunmur – deputat
"Bu yaxınlarda Türkmənistan XİN-in bəyanatı "Transxəzər" boru kəmərinin tikintisinin sürətləndirilməsi üçün Azərbaycan və Türkmənistan arasında danışıqlara Avropa İttifaqı da dəstək verəcək". Bunu SalamNews-a müsahibəsində Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
İranın və Rusiyanın narazılığını nəzərə alaraq, "Transxəzər" qaz kəmərinin reallaşdırılması perspektivi barədə fikriniz necədi?
- Biz hazırda Avropanın "Transxəzər" qaz kəmərinin reallaşması məsələsinə daxil olmasına nəzarət edirik. Çünki layihənin əsas oyunçuları Azərbaycan və Türkmənistan enerji vəsitələrinin təchizatına prinsipial razılıq veriblər. Layihənin reallaşdırılması Avropa ölkələri, həmçinin layihənin iştirakçı ölkələri üçün əlverişlidir. Aərbaycanın əvvəlki strateji tərəfdaşı Rusiya tərəfindən bu layihənin reallaşmasına qarşı açıq-aydın inciklik var. Prezident Dmitri Medvedev bəyan edir ki, "Transxəzər" layihəsi 5 Xəzəryanı ölkələrin razılığı olmadan həyata keçirilə bilməz. Lakin Türkmənistan əsassız hesab edir ki, bu günə kimi, tərəflərə hüquqi qeyri-müəyyənlik, Xəzər dənizinin istifadəsi üzrə ikitərəfli saziş bağlamağa mane olmayıb. Türkmənistan üçün xeyir ondadır ki, qaz kəməri onun qaz ehtiyatlarını Avropa qazkəməri ilə birləşdirəcək, bu da Rusiya tərəfini qıçıqlandırır. Yəni Rusiya Avropa üçün aparıcı enerji təchizatçısı kimi statusunu itirməyə qorxur. Rusiya Qərbi Avropanın dördə bir hissəsini qazla təmin edir və bu təşəbbüsün əleyhinədir. Rəsmi qiymətlərə görə, 30 trillyon kubmetrdən çox qaz ehtiyatına malik olan Türkmənistan öz qazı üçün ixrac mürşrutları ilə maraqlanır.
Türkmənistanın xarici işlər naziri Rusiyanın sualtı qaz kəməri ekologiyaya zərar yetirə bilər və Orta Asiya ölkələri onu beynəlxalq standartlara uyğun tikməyə hazırlaşdığı barədə bəyanatını təkzib edir. Hazırda Türkmənistan Rusiya, Çin və İrana qaz satır və onların planında nəinki Qərbi Avropa, həmçinin Əfqanıstan, Pakistan və Hindistana da qazın ixracı planlaşdırılır. Eyni zamanda "Transxəzər" qaz kəməri “Nabukko” qaz kəməri layihəsinin əsas hissəsidir. Çünki, o, Xəzərin dibindən Türkmənistanı və Azərbaycanı birləşdirəcək. Ona görə də bunun reallaşdırılması avtomatik “Nabukko” layihəsinin həyata keçirilməsinə şans verir. Bu layihə ilə Xəzər regionundan Cənubi Avropaya və Avstriyaya 31 millayrd kubmetr təbii qazın nəqlini nəzərdə tutulub. Bununla bağlı Rusiyanın narazılığı onunla izah olunur ki, “Nabukko”nun həyata keçirilməsi “Cənub axını” layihəsinə rəqib ola bilər. Lakin hazırda layihənin yaxın müddətdə həyata keçirilməsi gözlənilmir. Çünki bir sıra şübhələr var. Bu borunun qazla kifayət qədər doldurulması problemi var və bu layihənin maliyyə məsələsi ilə bağlı da dəqiq qərar verilməyib.
- İran bu layihəyə qoşula bilərmi?
- Mən bunu əvvələr də istisna etmirdim və fikrimdə qalıram ki, layihəyə İran da qoşula bilər.
- “Nabukko” qaz kəmərindən qaz 2017-ci ildə ötürülməlidir. Ola bilərmi, tarixin dəyişməsi layihənin xeyrinə olmasın?
- Mən fikirləşirəm ki, əks təqtirdə layihə qeyd olunduğu tarixdən əvvəl, yəni 2017-ci ildən əvvəl fəaliyyət göstərə bilməyəcək. “Nabukko” Türkmənistandan və Azərbaycandan təbii qazın Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə nəqlini nəzərdə tutur. Bu, indi tikilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı da ola bilər.
- Azərbaycanın layihədə iştirak etməsini nəzərə alaraq, ölkənin daxili təlabatı üçün qazın həcmi nə qədər olacaq?
- Mənim hesablamalarıma görə, Avropaya qaz ixracını məqbul həcmdə nəzərə alaraq, qazın daxili tələbatı illik 10 millyard kubmetrdən çox olacaq.
- Mavi yanacağın qiyməti necə tənzimlənəcək?
- Enerji qiymətləri, həmişə olduğu kimi, dünya bazarların tələbatından asılı olacaq. Ona görə də əvvəlcədən müəyyən rəqəmləri səsləndirməyə ehtiyac yoxdur.