İranın Samarra şəhərin yaxınlığından zəvvarların karvanı keçən yolda partlayış baş verib. Nəticədə 3 iranlı zəvvar həlak olub və 7-i xəsarət alıb.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, bu barədə həcc və zəvvarlar təşkilatı üzrə beynəlxalq işlər şöbəsinin müdiri höcətül-islam Mehdi Şahsuvari məlumat yayıb. Onun sözlərinə görə, xəsarət alan zəvvarlar İranın Gilan əyalətinin sakinləridirlər.
Şahsuvari deyib ki, “7 yaralıdan 3-ü dərhal xəstəxanaya çatdırılıb. Xəsarət alanlar reabilitasiya üçün təyyarə ilə İrana çatdırılacaq”.